Durun lütfen yüklemiyor...

Uluslararası

ABŞ B61-12 atom bombasının iki sınağını həyata keçirib

11:15, salı, 29 ağustos, 2017
ABŞ B61-12 atom bombasının iki sınağını həyata keçirib

ABŞ Energetika Nazirliyinin yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsi (MNTİ) və amerikanın HHQ bu ay B61 atom bombasının modifikasiyasının iki sınağını keçirib.
     İslaminSesi TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi MNTİ-nin mətbuat xidməti məlumat verib.
    
     Məlumatda avqustun 8-də B61-12 döyüş başlığının iki sınağının keçirildiyi, nüvə döyüş hissələri ilə təchiz olunmamış bombanın F-15E qırıcı-bombardmançısından Tonopa (Nevada ştatı) poliqonuna atıldığı bildirilib. İdarədən deyilib ki, B61-12 atom bombasının analoji ilk sınağı mart ayında keçirilib.ABŞ B61-12 bombasının istehsalına 2020-ci ildə başlamağı planlaşdırır. Qeyd edək ki, ABŞ prezidenti və rəhbərliyi digər ölkələri nüvə bombalarının hazırlanması iddiası ilə sanksiyalara məruz qoyduğu və dünyada nüvə silahından tam tərksilah olunma barədə bəyanatlar verdiyi halda özü bu bəyanat və addımlarının tam ziddinə addımlar atır.

28875 | 2
Facebook
kar taneleri
11:00, 28.11.2016
25070 | 0
18:10, 16.03.2016 (115494)
12:37, 11.03.2016 (27631)